Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1704 manat təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, dövlət sektorunda bu göstərici 1496 manat, özəl sektorda isə 1855 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 12,5%, o cümlədən dövlət sektorunda 16,3%, özəl sektorunda isə 9,7% artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı avqustun 1-nə 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,7% çoxdur.