Azərbaycanda bu məhsulların istehsalı xeyli artıb

Tikinti materiallarının istehsalı sahəsində 2022-ci il
yanvar-fevral aylarında istehsalın ümumi dəyəri 121,4 milyon manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,8 faiz
artıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, emal edilmiş mərmər
travertin, alebastr və onlardan məmulatların istehsalı 4,0 dəfə,
asfaltın istehsalı 70,7
faiz, tikinti kərpicinin istehsalı 62,0 faiz, betondan yığma
tikinti konstruksiyaların istehsalı 59,5 faiz, hörmə üçün hazır
beton qarışığının istehsalı 52,1 faiz, tikinti gipsinin istehsalı
35,7 faiz artıb.

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və
kərpiclərinin istehsalı 8,8 faiz, tikinti əhənginin istehsalı isə
43,1 faiz azalıb.

Teqlər: