Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda bir neçə mallara aksiz dərəcələri tətbiq ediləcək.
AzerTimes-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, aşağıdakı dərəcələrin tətbiq edilməsi təklif edilir:
– Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;
– Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.