Azərbaycanda bu investisiya layihələrinə üstünlük veriləcək

Azərbaycanda investisiya fəaliyyəti sahəsində prioritetlər
müəyyən edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ “İnvestisiya fəaliyyəti haqqında”
qanun layihəsində əksini tapıb.

Belə ki, investisiya fəaliyyəti sahəsində aşağıdakı investisiya
layihələri üzrə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan
investisiya təşviqi tədbirlərinə üstünlük verilir:

7.1.1. iqtisadiyyatın texnoloji tutumunu artıran,
innovasiyaların tətbiqinə və inkişafına yönələn investisiya
layihələri;

7.1.2. ekoloji təmiz texnologiyaların tətbiqinə əsaslanan, ətraf
mühitin sağlamlaşdırılmasını, təbii sərvətlərdən səmərəli
istifadəni nəzərdə tutan investisiya layihələri;

7.1.3. əhalinin sağlam həyat tərzinin inkişafını dəstəkləyən
investisiya layihələri;

7.1.4. iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönələn
investisiya layihələri;

7.1.5. müasir tələblərə uyğun bilik və bacarıqların
formalaşmasını şərtləndirən investisiya layihələri.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclis
tərəfindən qəbul edilib.

Teqlər: