Xəbər - Samir Əli – Trend:
Pandemiya şəraitində olmasına baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il 2 milyon ağac əkib.
AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, bunun 1 milyonu “Yaşıl marafon” çərçivəsində əkilib.
“Bu il hədəfimiz 2 milyon ağac əkmək idi. Dünyanı cənginə alan pandemiya şəraitinin davam etməsinə baxmayaraq, biz bunun öhdəsindən gəldik.
Növbəti il nazirlik 3 milyon ağac əkməyi planlaşdırırır,” – deyə nazir müavini bildirib.