16:41
Bu gün yerli vaxtla saat 15:33-də Quba stansiyasından 28 km şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ hiss olunmayıb.
***
Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.