Azərbaycanda Britaniya təcrübəsini paylaşmaq və əməkdaşlıq üçün potensial var – Səfir

Azərbaycanda Britaniya təcrübəsini paylaşmaq və əməkdaşlıq üçün potensial var.

AzerTimes-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.

Səfir bildirib ki, Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qrehem Stüartla birlikdə səfirliyin ticarət şöbəsinin İKT və səhiyyə sahələri üzrə apardıqları bazar araşdırmasının nəticələrinin təqdimatında iştirak edib:

“Bir çox sahələrdə olduğu kimi burada da Britaniya təcrübəsini paylaşmaq və əməkdaşlıq üçün potensial var”.

Qeyd edək ki, səfirliyin ticarət şöbəsi PwC tərəfindən səhiyyə sahəsində aparılan bazar araşdırması nəticələrinin təqdimatını təşkil edib. Tədbirdə çıxış edən nazir Q.Stüart deyib:

“Böyük Britaniya xəstəxana dizaynı, tikinti və klinik partnyorluqlar da daxil olmaqla həyat elmləri, rəqəmsal səhiyyə, tibbi infrastrukturun planlaşdırma və idarəedilməsində qlobal liderdir.

Azərbaycanda səhiyyə xidmətinin ölkənin rifahının təmin edilməsində getdikcə daha çox əhəmiyyətli rol oynadığını bilirəm”.

Teqlər: