Xəbər - Maryana Əhmədova – Trend:
Azərbaycanın müxtəlif şəhərlərində Böyük Britaniya konsulluğu
nəzdində tədris müəssisələrində təhsil səviyyəsi
sevindiricidir.
AzerTimes-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı
səfiri Ceyms Şarp “Learning Hubs” üçillik tədris proqramının
bitməsi məraisimində deyib.
“Mən bütün Azərbaycanda, Zaqataladan Lənkəranadək, Bərdədən
Masazıradək tədris müəssisələrində olmuşam və təhsilin yüksək
səviyyəsini görmüşəm”, – deyə səfir bildirib.
O qeyd edib ki, bu layihə COVID-19 pandemiyası, Qarabağda
müharibə şəraitində mürəkkəb dövrdə reallaşdırılıb.
O bildirib ki, bu problemlər tədris mərkəzlərində müəllimlərin
fədakarlığını daha da gücləndirib.
(Tərcümə: Orxan Nəbiyev)