Azərbaycanda BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və
Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Milli Fəaliyyət Planı
hazırlanır.
AzerTimes-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda
keçirilən Azərbaycanda Qadın, sülh və təhlükəsizlik üzrə Birinci
Milli Forumda deyib.
S.Qəhramanova bildirib ki, münaqişələr zamanı əziyyət çəkənlər daha
çox mülki əhali, xüsusilə uşaqlar və qadınlar olur.
“Bəzən müharibədə hərbçilər müharibə qaydalarını pozaraq mülki
obyektləri atəşə tuturlar. Azərbaycan isə 44 günlük müharibədə
bütün müharibə qaydalarına əməl edən bir ölkə kimi nümunə göstərdi.
Ancaq çox təəssüf ki, Ermənistan tərəfi mülki əhalimizə atəş
açaraq, münaqişə zonasından uzaqda yerləşən şəhərlərimizi,
qəsəbələrimizi və kəndlərimizi raket atəşinə tutaraq mülki
insanları qətlə yetirdi, qadınları, uşaqları qətlə yetirdi. Bu
qaydaları pozan dövlətlər öz cəzalarını ən ağır formada almalıdır,
beynəlxalq təşkilatlar bu məsələyə münasibət bidirməlidirlər”, –
deyə o bildirib.
S.Qəhrəmanova əlavə edib ki, yeni hazırlanan Milli Fəaliyyət
Planı bu yaxınlarda Nazirlər Kabinetinə göndəriləcək.