Xəbər - Humay Ağacanova -Trend:
BMT-nin Təhlükəsizlik şurasının 5 daimi üzvündən 3-ünə ATƏT-in MİNSK qrupu tərəfindən formalaşmış və onlara mandat verilib ki, məhz Təhlükəsizlik şurasının 4 qətnaməsini icra etsinlər. Ancaq görünür, onlar bunda ya maraqlı olmayıblar ya da öz geosiyasi maraqları üçün heç bir fəaliyyət göstərməyiblər.
Bu sözləri AzerTimes-a verdiyi açıqlamada Milli Məclisin deputatı Ceyhun Osmanov deyib.
Deputat qeyd edib ki, avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edən Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxunub: “ Ölkə başçısı Beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqlərin qurulması, inkişaf etdirilməsi həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminə verdiyi töhfələrdən geniş söhbət açmış, eyni zamanda məhz 44 günlük Vətən müharibəsində Azərbaycanın öz gücü ilə BMT-nin 28 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməsilə bağlı fikirlər söyləyib”.
Ceyhun Osmanovun sözlərinə görə,Ermənistanla müharibənin başlanmasının bir səbəbi də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi və ikili standartlardan çıxış etməsi olub.Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı zaman bütün infrastruktularla, evlərlər bərabər Azərbaycanın tarix-mədəni abidlərini yerlə yeksan edərək vandalizm nümayiş etdirib.Bununla bağlı Azərbaycan YUNESKO-ya dəfələrlə müaricət etsə də, YUNESKO müxtəlif bəhanələr gətirərək gəlməkdən imtina edib.
“Azərbaycan artıq yeni geosiyasi reallıqlar yaradıb.BMT-nin burada bir çox məsələlərdə iştirakı ola bilər.Dağıdılmış tarixi-mədəni abidələrimizin bərpası, Azərbaycanın 1 milyona yaxın məcburi köçkünün öz evlərinə qayıtmaları üçün mina xəritələrinin Azərbaycan tərəfinə verilməsi üçün Ermənistana təzyiq göstərilməsində, sanskiyalar tətbiq edilməsində BMT-nin dəstəyini gözləyirik. Azərbaycanda BMT-nin yeni bir mərhələyə qədəm qoyması üçün əlverişli şərait yaranıb və gözləntilərimiz bu istiqamətdə çox böyükdür.”