Azərbaycanda BİRLink istifadəçiləri ESET antiviruslarına abunə ola biləcəklər

ESET, ENGINET və Axoft Azərbaycanda istifadəçilər üçün yeni
xidmət – ən müasir və texnoloji kibertəhlükəsizlik həllərinə
abunəlik imkanını təqdim edir.

Beynəlxalq anitivirus proqram təminatı tərtibatçısı ESET-in
eksklüziv distribyutoru olan ISET Software MMC və BİRLink
telekommunikasiya xidməti brendi (ENGINET şirkəti) yeni antivirus
xidmətini istifadəyə verdi. Layihənin strateji tərəfdaşı Axoft
Distribution şirkətidir

Hazırda Azərbaycanda internet istifadəçiləri üçün aylıq abunə
ödənişli dörd məhsul mövcuddur:

• ESET NOD32 Internet Security – Evdə olan bütün cihazların
kibertəhlükə və haker hücumlarından hərtərəfli qorunmasını təmin
edir.

• ESET NOD32 Antivirus –viruslardan, troyan virusları, casus
proqramları, reklam və digər potensial təhlükə dayışan
proqramlardan kompüterin müdafiəsinin təmin edir.

• ESET NOD32 Mobile Security Android ilə çalışan smartfon və
planşetlərin bütün növ virus, spam və saxta əməliyyatlardan
qorunmasını təmin edir.

• ESET NOD32 Parental Control – hər yaşda uşaqları olan ailələr
üçün. Proqram uşaqları onlara uyğun olmayan məzmundan qoruyur, dərs
və əyləncə arasında vaxtı düzgün bölüşdürməyə kömək edir və
valideynlərə həmişə uşağın harada olduğunu bilməyə imkan
yaradır.

“Aylıq abunə ESET NOD32 məhsulunu almaq üçün əlverişli imkandır
və dərhal bir illik lisenziya istifadəsinə görə ödəniş etmədən
məhsulu sınamaq üçün yaxşı fürsətdir” deyə Axoft-un Azərbaycandakı
direktoru Oksana Stepenko şərh etdi. “Müştəri smartfon və ya
planşetini dəyişdirərsə, istənilən vaxt abunəni ləğv edə və ya
yenidən abunə ola bilər.”

Layihənin əsas məqsədi BİRLink brendinin abunəçiləri üçün
şəbəkənin yüksək səviyyəli müdafiəni təmin etməkdir. Axoft
şirkətinin texniki komandası ESET-in texniki həllərinin BİRLink
tərəfindən təqdim olunan xidmətlərə mərhələli inteqrasiyasını
uğurla həyata keçirmişdir.

BİRLink xidmət təminatçısı vasitəsilə antivirus proqram
təminatının qoşulması prosesi sadədir və bu proses cəmi bir neçə
dəqiqə çəkir. Novruz Bayramı münasibətilə isə BİRLink ilk
müştərilər üçün gözəl hədiyyə hazırlayıb.

Antivirus məhsullarına abunəliyin aktivləşdirilməsi şəxsi
kabinet və ya mobil proqram vasitəsilə həyata keçirilir – bu, çox
rahatdır və bir o qədər vaxt tələb etmir”, – deyə BİRLink brendinin
marketinq şöbəsinin rəhbəri Elmira Abasova bildirib. – Yeni
xidmətin istifadəyə verilməsi və Novruz Bayramı bayramı ilə
əlaqədar biz bütün istifadəçilərə mart və aprel aylarında 30 gün
pulsuz promo müddəti təqdim edirik”.

Şirkətlər barədə

ESET – beynəlxalq antivirus proqram təminatı
tərtibatçısı və kibertəhlükədən müdafiə üzrə ekspertdir. Baş ofisi
Slovakiyanın Bratislava şəhərində yerləşir. ESET NOD32 məhsulları
dünyanın 200 ölkəsində təmsil olunur. ESET texnologiyalarına MDB-də
15 milyondan çox istifadəçi etibar edir. Azərbaycanda internet
saytı: www.eset.az

BİRLink – ENGİNET şirkətinin ticarət markası
olan BİRLink – FTTH texnologiyasına əsaslanan optik internet, İP
televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün
əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir.
Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi
qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən
keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin
təqdim edilməsini mümkün edir. Hazırda BİRLink brendi altında
istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan filtrasiya
xidməti, rəqəmsal telefoniya və televiziya, statik İP və bulud
əsaslı videomüşahidə xidmətləri göstərilir. www.birlink.az

Axoft – informasiya texnologiyaları və
xidmətlərin təminat sahəsində qlobal ekspertdir – 2004-cü ildən İT
bazarında fəaliyyət göstərir. Şirkət texnoloji, marketinq və satış
təcrübələri üzrə çalışan bir mərkəzdir. Axoft informasiya
texnologiyaları sahəsində geniş təcrübəyə malikdir: şirkətin məhsul
portfelinə 1500-dən çox İT təchizatçısının ən yaxşı həlləri
daxildir. Axoft komandası hər gün informasiya təhlükəsizliyi,
İT-infrastruktur, bulud kimi fəaliyyətləri çərçivəsində İT-təcrübə
və biznesi birləşdirir. Hazırda Axoft Rusiyanın 25 şəhərində və 10
xarici ölkədə təmsil olunur. www.axoftglobal.com

Teqlər: