Azərbaycanda bir neçə böyük “Facebook” səhifələri silinib – Səbəb nədir?

“Facebook” son bir ayda Azərbaycanın xəbər saytlarının və
vətənpərvərlik məzmununda olan səhifələrini bloklayıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən kibertəhlükəsizlik üzrə
mütəxəsis Elman Mütəllim bildirib ki, “Facebook” əsasən initihar
xəbərlərinə və vətənpərvərlik mövzusu ilə bağlı paylaşım edən
səhifələri silib.

O bildirib ki, 2012-ci ildə verilən intihar xəbərinə görə səhifə
silinib. Bu da yaxşı hal deyil. Belə hal Türkiyədə də baş vermişdi.
Lakin orda məsələ üç gün ərzində öz həllini tapdı və səhifələr
bərpa olundu.

“Biz bağlanan səhifələrlə bağlı “Facebook”la əlaqə yartsaq da,
heç bir nəticə olmadı. Əsasəndə vətənpərvərlik səhifələrinin
silinməsi “Facebook” da işləyən düşmənlərimiz tərəfindən məqsədli
şəkildə silinə bilər. “Facebook” etdiyimiz müraciətlərə rəsmi cavab
vermir. Buna misal olaraq bir neçə vətənpərvərlik səhifələrimizin
eyni gündə bağlanmağını göstərmək olar.

Xəbər saytlarının səhifələrinə silinməzdən əvvəl bir neçə
xəbərdarlıq gəlir. Həmin səhifələri əsasən intihar xəbərlərinə görə
bloklayıblar. Ümumiyyətlə bu Azərbaycan səhifələrinə qarşı
təxribatdır. Əvvəllər “Facebook”un rəsmi dəstək xəttinə (support)
müraciət edəndə 10 gün ərzində bloklanan səhifələr bərpa olunurdu.
Hazırda isə “Facebook”un rəsmi partnyor şirkətləri vasitəsiyə
müraciətlər olunsa da, onlara da cavab verilmir”, -deyə ekspert
qeyd edib.

Teqlər: