Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 8 minə yaxınlaşdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8 948 nəfər vəfat edib. 49 085 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, bu günə qədər isə ümumilikdə 6 316 102 test icra olunub.

Teqlər: