Xəbər - Samir Əli – Trend:
Azərbaycanda iyulun 1-dən bu günə – 38 gün ərzində 14 min nikah qeydə alınıb.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.
2020-ci il iyul ayının 1-dən avqustun 7-dək Azərbaycanda cəmi 6 min 230 nikah bağlanıb.
Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə 368 nikah mərasimi keçirilib.