Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində şəbəkəxarici stansiyalar quraşdırılmalıdır – BEA

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycanda ölkənin bütün hissələrində elektrik enerjisinə rentabelli çıxışı təmin etmək üçün pilot proqramlar çərçivəsində şəbəkəxarici bərpa olunan enerji mənbələri texnologiyaları tətbiq olunmalıdır.

AzerTimes bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, Azərbaycanın dağlıq rayonlarında, şəbəkə infrastrukturunun tikintisinin çətin olduğu yerlərdə şəbəkəxarici sistemlər elektrik enerjisi təchizatının iqtisadi baxımdan səmərəli üsulu ola bilər:

“Pilot layihələr digər ölkələrin təcrübələri istifadə olunmaqla reallaşdırıla bilər. Bu bölgələrdə bərpa olunan istilik həm birbaşa (təmiz bioenerji, geotermal və ya günəş istiliyi hesabına), həm də dolayı (istilik nasosları hesabına) təmin oluna bilər”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: