Azərbaycanda benzin yenə bahalaşdı

Azərbaycanda benzin yenə bahalaşdı

Azərbaycanda “Ai-98 Super” markalı benzinin qiyməti bahalaşıb.

Ai-98 Super benzinin qiymətində bahalaşma bu gün günorta saatlarında qeydə alınıb.

Adıçəkilən benzinin qiyməti 0.1 manat bahalaşıb. Belə ki, litri 1,2 manat olan benzinin 1,3 manata satılır.

Xatırladaq ki, Azərbaycanda Ai-92 markalı benzin də bir müddət öncə 20 qəpik bahalaşaraq, 90 qəpik olmuşdu.