Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanda bir sıra banklara məxsus bankomatlar dövriyyədə saxta əskinasların mövcudluğu ilə əlaqədar olaraq ABŞ dolları əskinaslarının qəbulunu dayandırıb.
Bu barədə AzerTimes-a etibarlı mənbədən məlumat daxil olub.
Məsələ ilə bağlı “Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov Trend-ə bildirib ki, bankın filial və şöbələrində dolların qəbulu ilə bağlı problem yoxdur, bankomatların bu valyutanı qəbulunun dayandırmasının səbəbi isə proqram təminatının yenilənməsi ilə əlaqədardır.
Bu məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Mərkəzi Bankla əlaqə yaratmağa çalışdıq, lakin qurumdan telefonlarımıza cavab verilmədi.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)