Xəbər - Elçin Mehdiyev – Trend:
30 noyabr 2021-ci il tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 35,604.5 mln. manat, cəmi öhdəlikləri 30,632.4 mln. manat, balans kapitalı 4,972.1 mln. manat təşkil edib.
Bu barədə AzerTimes-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
İlin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 11.1%, 12% və 5.8% artıb.
Cəmi aktivlərin 46%-i kredit portfelindən ibarətdir. Kredit portfeli noyabr ayında 1.8% (284.7 mln. manat) artaraq 16,282 mln. manat olub (ilin əvvəlindən orta aylıq artım 1.3%). Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 15% və ya 2,125 mln. manat artıb.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81%-i və ya 24,743.6 mln. manat). Bankların depozit portfeli noyabr ayında 3% (717.5 mln. manat) artıb (ilin əvvəlindən 19.4% artım).