Azərbaycanda bank sektorunun mənfəəti 25 faizə yaxın artıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ilin aprel-may aylarında Azərbaycanın bank sektorunda ümumi mənfəət 194,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.

Trend bu barədə Məkəzi Bankın maliyyə hesabatına istinadən məlumat verir.

Hesabat dövründə, bankların xalis faiz mənfəəti 476,2 milyon (3,5 faiz artım) manata çatıb.

Yanvar-aprel aylarında Azərbaycanda bankların qeyri-faiz gəlirləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 236,3 milyon manata bərabər olub.


Bankların əməliyyat mənfəəti 301,6 milyon manat, vergilər və proqnozlaşdırılmamış xərclər çıxıldıqdan sonra mənfəət 194,7 milyon manat təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: