Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda bank sektorunda çalışan işçilərin sayında artım davam etməkdədir. Belə ki, noyabr ayında işçi sayında 1% artım olub.
Bu barədə AzerTimes-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
İlin əvvəlindən isə işçi sayı 7.1% (1327 nəfər) artaraq 20035 nəfər təşkil edib. Bu 2016-cı ilin fevral ayından sonra ən yüksək göstərici olub.