Azərbaycanda bal və digər arı məhsullarının qiyməti – 25 manatdan 120 manata qədər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2021-ci ildə istehsal edilən bal və digər arı
məhsullarının qiyməti açıqlanıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, ötən il balın 1
kiloqramının orta satış qiyməti 25,3 manat, mumun 13,2 manat,
vərəmumun 92,3 manat, güləmin 117,5 manat, arı südünün 1 qramının
orta satış qiyməti isə 6,5 manat olub.


Qeyd edək ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı
ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb.

Teqlər: