Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda aylıq pensiya ödənişləri təqribən 400 milyon manat təşkil edir.
AzerTimes-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.
Nazir bildirib ki, ötən il Dövlət Sosial Müdafiə Fondu 250 milyon manat məbləğində ehtiyat vəsait yaratmağa nail olub.
“Bu ehtiyat vəsait ölkə üzrə aylıq pensiyaların vaxtından tez ödənilməsinə imkan verir. Gələcəkdə bu ehtiyat vəsaitin 400-500 milyon manata çatdırılması nəzərdə tutulur. Həmin vəsaitin bir hissəsinin gələcəkdə investisiya formasında istifadə edilməsi planlaşdırılır. Bununla bağlı mexanizmin hazırlanmasına ehtiyac var və bu barədə gələcəkdə ətraflı məlumat veriləcək” – deyə, nazir qeyd edib.