Azərbaycanda axtarışda olan cinayətkarın meyiti tapıldı

Azərbaycanda axtarışda olan cinayətkarın meyiti tapıldı

Samuxda intihar baş verib.

AzerTimes Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qədili kəndində qeydə alınıb.

Samux şəhər sakini, 47 yaşlı Vüsal Qəzənfər oğlu Əliyev rayonun Qədili kəndi ərazisindəki meşədə özünü asıb.

Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.

Məlumata görə, intihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub.

O, bu ilin avqust ayında Gəncədə tanışı, 34 yaşlı Sevər Novruz qızı Məmmədovaya dəhrə ilə ağır xəsarət yetirib.

V.Əliyev hadisədən sonra qaçaraq gizlənib. O, törətdiyi cinayətə görə axtarışda imiş.

V.Əliyevin qorxaraq məsuliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Teqlər: