Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-oktyabr aylarında 643,7 milyon manatlıq məhsul istehsal edilib.
AzerTimes Valyuta.az-a istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz artıb.
2024-сü ilin yanvar-oktyabr aylarında 4 min 433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min 57 ədəd çox minik avtomobili istehsal olunub.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14,7 faiz azalıb.