Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 504,6 milyon manat olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 17,9 faiz azalıb.
AzerTimes-ın məlumatına görə, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 73,0 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb.
Sürtkü yağlarının istehsalı 1,9 faiz, dizel yanacağının istehsalı 4,2 faiz, neft bitumunun istehsalı 22,8 faiz, ağ neftin istehsalı 34,8 faiz, avtomobil benzininin istehsalı 35,3 faiz, yanacaq mazutunun istehsalı 79,4 faiz azalıb.