2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil
benzininin istehsalı 51,2 faiz artıb.
AzerTimes-ın
məlumatına görə, qeyd olunan müddət ərzində neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 596,9 milyon manat
olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 25,4 faiz
artıb.
Yanacaq mazutunun istehsalı 8,2 dəfə, sürtkü yağlarının
istehsalı 21,5 faiz, dizel yanacağının istehsalı 0,5 faiz artıb,
neft koksunun istehsalı 12,2 faiz, neft-kimya sənayesində istifadə
üçün benzinin istehsalı isə 17,4 faiz azalıb.