Xəbər - Sədrəddin Ağcayev – Trend:
Son iki ay ərzində Azərbaycanda “Apple Pay” vasitəsilə tranzaksiyaların sayı 1,1 milyona çatıb, ödənişlərin ümumi həcmi isə 30 milyon manatdan çox olub.
AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov mətbuat konfrasında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank Azərbaycana digər təmassız həllərin də cəlb olunmasında maraqlıdır.
O bildirib ki, bu il ölkədə “Google Pay” və “Samsung Pay” kimi sistemlərin işə salınması proqnozlaşdırılır.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)