Azərbaycanda antibiotiklərlə bağlı plan hazırlanıb – TƏBİB

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanda antibiotiklərlə bağlı plan hazırlanıb.

Trend-in məlumatına görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan dəyirmi masada deyib.

O qeyd edib ki, antibiotiklərlə bağlı plan hazırlanıb, lakin pandemiyaya görə təsdiqi gecikib.


“Azərbaycanda antibiotiklərlə bağlı vəziyyətin yaxşı olmadığını bilirdik. Amma pandemiya bir daha bunu göstərdi. Milli plana pandemiya ilə bağlı yeniliklər də əlavə edilməlidir”,- deyə o bildirib.

Teqlər: