Azərbaycanda anti-inflyasiya proqramının hazırlanması başa çatır – Elman Rüstəmov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Yaxın zamanlarda Azərbaycan hökuməti Mərkəzi Bank tərəfindən
hazırlanmış anti-inflyasiya proqramını qəbul edəcək.

Trend-in
məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman
Rüstəmov deyib.

Onun sözlərinə görə, Bank aparıcı maliyyə təşkilatları ilə birgə
anti-inflyasiya proqramının hazırlanmasını başa çatdırır və yaxın
zamanlarda bu proqram hökumət tərəfindən müzakirə olunaraq qəbul
ediləcək.

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın proqnozlarına əsasən,
2022-ci ilin ikinci yarısından inflyasiya azalmağa doğru gedəcək və
bank hazırda beynəlxalq təşkilatların inflyasiya proqnozunu
azaldacağına ümid edir.


“Dünyanın aparıcı mərkəzi bankları monetar və pul siyasətini
sərtləşdirməti, anti-inflyasiya tədbirlərini gücləndirməlidir. Bu,
həm o ölkələrdə inflyasiyanın azalmasına kömək edəcək, həm də
Azərbaycana infllyasiyanın idxalının azalmasına yol açacaq. Bundan
başqa, Mərkəzi Bankda ölkəmizdə inflyasiyanın azaldılması üzrə
mərhələli işlər aparılır”, – deyə o bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: