Azərbaycanda Android istifadəçilərin sayı azalıb

Azərbaycanda Android istifadəçilərin sayı azalıb

Bu (2026-cı) ilin yanvar ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 78,11% təşkil edib.

AzerTimes “Statcounter” agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, dekabr ayına nisbətən 1.67 faiz bəndi çox, 2025-ci ilin yanvar ayının göstərici ilə müqayisədə 2.38 faiz bəndi azdır.

Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 1.87 faiz bəndi azalaraq və illik müqayisədə 2.01 faiz bəndi artaraq 20.87% olub.

Planşetlərdə “Android”in bazar payı aylıq müqayisədə 2.63 faiz bəndi və illik müqayisədə 15,93 faiz bəndi azalaraq 74.02 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 18% azalıb.

Həmin cihazlarda “İOS”un bazar payı 25.89% təşkil edib ki, bu da aylıq müqayisədə 2.56 faiz bəndi, illik isə 15.85 faiz bəndi çoxdur.