Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti ilk dəfə qadın seçilib

Xəbər - Kamran Qasımov – Trend:

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) illik ümumi
iclasında təşkilatın idarə heyətinin yeni tərkibi seçilib.

Trend bu barədə
AmCham-a istinadən məlumat verir.

Qeyd olunur ki, səsvermənin yekununda 10 nəfər iki il müddətinə
AmCham-ın İdarə heyətinə seçilib.

Bundan başqa, Nərgiz Nəsrullayeva-Müdüroğlu Palatanın prezidenti
seçilib.


Qeyd edək ki, AmCham 1996-cı ildən fəaliyyət göstərir. Hazırda
Palatanın tərkibində 260 şirkət daxildir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: