Azərbaycanda alınan malları necə geri qaytarmaq mümkündür?

Azərbaycanda aldıqları məhsulu müəyyən səbəblərdən geri
qaytarmaq istəyən müştərilər bir sıra hallarda problemlə
üzləşirlər, yəni satıcılar həmin malı geri qəbul etmək
istəmirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azad İstehlakçılar
Birliyinin sədri Eyyub Hüseynov bildirb ki, alınan malların
qanunvericilikdə nəzərdə tutulan formada və zamanda geri
qaytarılması istehlakçıların hüququdur:

Ekspert deyib ki, qanunla istehlakçının tələbini ödəməyən mal 14
gün müddətində qaytarıla bilər. Lakin qaytarılacaq malın kassa çeki
olmalı, malın görünüşü, xüsusiyyətləri pozulmamalıdır:

“Dəyişmək üçün başqa uyğun mal olmazsa, bu halda qaytarıla
bilər. Sadalanan şərtlərlə satıcı malı dəyişdirməyə və ya geri
almağa borcludur. Bəzi satış yerləri də var ki, kassa aparatı
yoxdur. Belə olduğu təqdirdə alıcı şikayətçidirsə, aldığı malı
satıcı ilə razılaşdıraraq dəyişə və ya qaytara bilər. İstehlakçının
hüquqları istənilən halda pozularsa, İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (012)
599-76-00 nömrəsinə və Azad İstehlakçılar Birliyinin (012)
441-28-33 nömrəsinə müraciət edə bilərlər”, – deyə ekspert
bildirib.

Qeyd edək ki, Azərbaycan ərazisində pərakəndə ticarət
obyektlərində qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli
metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları
istisna olmaqla, bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar
(lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi,
qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan
uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena
əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq
oyuncaqları, istehsal qüsurları istisna olmaqla, istifadədə olmuş,
üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt
paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri
ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində)
ərzaq malları dəyişdirilməli olmayan malların siyahısını təşkil
edir.

Teqlər: