Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Hesabatda uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin
edilən alimentin dövlət tərəfindən ödənilməsi və sonradan borcludan
məcburi qaydada alınması üzrə mexanizmin (Aliment Fondunun)
yaradılması təklifi qeyd edilib.

Həmçinin Əmlak və gəlirləri aşkar edilməyən, maddi çətinlik
səbəbindən aliment ödənişlərini vaxtında ödəyə bilməyən (aliment
borcunun ödənilməsindən qəsdən yayınma halları istisna olmaqla)
borclu barəsində ümumi qaydada İnzibati Xətalar Məcəlləsinin 528-ci
maddəsi ilə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh
tədbirinin tətbiq edilməsinin aliment borcunun ödənilməsinin təmin
olunması baxımından səmərəli olmadığını nəzərə alaraq, aliment
tələbinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurunun
qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati
məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə
cərimə cəzasının işin halları və pozuntunu törədən şəxsin maddi
durumu nəzərə alınmaqla tətbiqi, bununla bağlı qanunvericiliyə
zəruri əlavə və dəyişikliklərin olunmas təklif edilir.

Teqlər: