Azərbaycanda ailələrin 54.4 faizinin kredit borcu var.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycanda mövcud ailə münasibətləri: “Sosial-Psixoloji Təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri zamanı məlum olub.
Rəyi öyrənilənlərin yarısından bir az çoxunun (54.4%) ödəməli olduğu kredit, 28.3 %-nin isə ödəməli olduğu borcu var.
25 faiz ailə isə kənar şəxsə borc verdiyini bildirib.
“Borc verməyənlərin sayının 75.0 faiz olması yüksək rəqəm olub, ailələrin maddi vəziyyətinin borc verəcək səviyyədə olmadığını göstərir”, – tədqiqatın nəticələrində deyilir.