Azərbaycanda Afrika ölkələri daha çox təmsil olunmalıdır – Mərakeş səfiri

Azərbaycanda Afrika ölkələri daha çox təmsil olunmalıdır.

Trend-in
məlumatına görə, bunu Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil
Embarş Afrika Gününə həsr olunmuş “Afrika qitəsinin Qoşulmama
Hərəkatının qiymətləndirilməsində rolu” mövzusunda konfrans zamanı
deyib.

Onun sözlərinə görə, Bakıda beş Afrika ölkəsinin səfirliyi var
ki, onların hamısı Şimali Afrika ölkələridir.

“Azərbaycanda daha çox Afrika ölkəsinin təmsil olunması
lazımdır”, – səfir deyib.

O qeyd edib ki, Afrika ölkələri Azərbaycanla münasibətlərini
genişləndirməyə və şaxələndirməyə çalışır.

“Bütün dünyada Afrika icması öz mədəniyyətlərinə həsr olunmuş
tədbirləri özü keçirir. Azərbaycanda isə hər şey fərqlidir. XİN
rəhbəri Ceyhun Bayramov özü təşəbbüs göstərib və Afrika Gününün
qeyd olunmasının təşkilinə kömək göstərib”, – deyə M.A.Embarş əlavə
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: