Azərbaycanda ABŞ-ın 500-cü Lindsay sistemi quraşdırılıb (FOTO)

Müasir suvarma sistemləri sahəsində dünya markası hesab edilən ABŞ-ın Lindsay brendinin Azərbaycanda sayca 500-cü pivotu quraşdırılaraq istismara verilib.

Pivot suvarma sahəsində dünyanın ən müasir və praqmatik üsullarından birini təklif edən “Lindsay”ın Azərbaycandakı rəsmi tərəfdaşı olan “4S” şirkəti ölkənin aqrar sektoruna sözügedən sahədə həll variantları təqdim etməkdə qərarlıdır. Bəs yerli kənd təsərrüfatı istehsalçıları “Lindsay” məhsullarının tətbiqi ilə nə qazanır?

«4S» şirkətinin direktoru Elxan Ələkbərov qeyd edib ki: Əvvəlcə bildirək ki, “Lindsay” şirkətinin fəaliyyət fəlsəfəsinin qayəsini məhsuldarlığın maksimal artırılması təşkil edir. Təklif olunan müasir texnologiyalar sayəsində hər bir fermer üçün individual və kompleks yanaşma təqdim olunur. İkincisi, “Lindsay” bütün növ suvarma sistemlərinə malikdir. Buraya fırlanan tamancalı şlanqlar, dairəvi, frontal pivot sistemləri daxildir. Nəticə etibari ilə onlar istənilən torpaq sahəsinə uyğunlaşdırılmaqla ən keyfiyyətli məhsul əldə edilməsinə səbəb olur. Bundan əlavə, “Lindsay”ın pivot suvarma sistemlərini tətbiq etməklə, məhsul istehsalçıları 35-40 faiz daha az su istifadə edəcəklər və s. Bu yerdə qeyd edək ki, dünyada kənd təsərrüfatında istifadə olunan torpaqların yalnız 18 faizi suvarılır, lakin bu torpaqlar planetdə ümumi istehsal olunan məhsulun 50 faizini verir.

Hesablamalar göstərir ki, pivot sistemlərinin tətbiqi qarğıdalı istehsalını 90%,kartof istehsalında 65% , soya istehsalında 35%, buğda istehsalında 115% məhsuldarlığı artırmağa imkan verir.

Azərbaycanın kənd təsərrüfatı sahəsində suvarma, meliorasiya ilə bağlı son illər ardıcıl və sistemli işlər görülür. «4S» şirkətinin direktoru Elxan Ələkbərov həmçinin vurğulayıb ki, 4S şirkəti dövlət tərəfindən həyata keçirilən işlərə dəstək olmaq üçün 7/24 rejimində fermerlərə servis və məsləhət xidməti göstərir. Eyni zamanda sistemlərdən düzgün istifadə, müasir suvarma sistemlərinin praktik əhəmiyyətindən bəhs edən təlimlər təşkil edir.


Lindsay sistemlərinin tətbiqi torpaqların şoranlaşmasının qarşısı alınır, bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir, nəticədə məhsuldarlıq bir neçə dəfə artır. Bu sistemlər tam avtomatik şəkildə və uzaq məsafədən idarə etmə imkanlarına malikdirlər. Buda sahəyə gəlmədən suvarmanın vaxtını və təzyiqini idarə etməyə imkan verir.

4S şirkəti aqrar sektorun inkişafı sahəsində daimi fəaliyyət göstərən kənd təssərüfat işçilərini peşə bayramları münasibətiylə təbrik edir və bu böyük komandanın üzvü olmağın qürurunu yaşayır.

“4S” şirkəti təklif etdiyi bütün kənd təssərüfatı məhsullarını 20 faiz ilkin ödəniş, 40% subsidiya və 40 % əlverişli lizinq şərtləri ilə təklif edir. Eyni zamanda məhsulun növündən və gücündən asılı olaraq onlara uzun müddətli keyfiyyətli servis xidməti təklif etməkdədir.

Teqlər: