Azərbaycanda abonentlər enerji auditi sifariş edə biləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda könüllü enerji auditi keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd olunur ki, enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır. Enerji auditi bu Qanunun 6.3-cü maddəsində göstərilən hal istisna olmaqla, könüllü aparılır. Enerji auditinin nəticəsinə dair hesabat enerji auditinin sifarişçisinə təqdim olunur.


6.3-cü maddəyə əsasən isə, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Teqlər: