Azərbaycanda 921 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 921 yeni yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib, aktiv xəstə sayı 15 453 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 676, ötən müddət ərzində isə ümumilikdə 5 750 064 test aparılıb.

Teqlər: