Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 586 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib. 25 992 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 594, bu günə qədər isə ümumilikdə 5 526 664 test icra olunub.