Xəbər - Elçin Mehdiyev – Trend:
Ötən il keçirilən 55 əməliyyat tədbiri nəticəsində korrupsiya
cinayəti törədən 73 şəxs cinayət başında yaxalanıb, habelə
axtarışda olan 13 nəfər saxlanılıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə
fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabat dövrü ərzinda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı
tamamlanıb, onlardan 466 şəxs barəsində 274 cinayət işi baxılması
üçün məhkəmələrə göndərilib.