Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 148 yeni
yoluxma faktı qeydə alınıb, 7 387 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 759 753 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703 952
nəfər müalicə olunaraq sağalıb, 9 127 nəfər vəfat edib. 46 674
nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 18 346, bu günə qədər isə ümumilikdə 6 432 504 test
icra olunub.