Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı artdı

Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı artdı

Ölkəmizdə gözlənilən orta ömür uzunluğu davamlı olaraq artmaqdadır.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, 65 və yuxarı yaşda əhalinin sayı 2018-ci ilin əvvəlindəki 648,2 min nəfərdən 32,6 faiz artaraq, 2023-cü ilin əvvəlinə 859,4 min nəfərə çatıb.

Hesablamalara əsasən, 2050-ci ildə 65 yaş və həmin yaş üzərində olan şəxslərin əhali tərkibində xüsusi çəkisi 17,8 faizə yüksələcək.

Qeyd edək ki, 2021-də bu göstərici 7,5 faiz idi, bu il isə 8,5 faizdir.

Teqlər: