Azərbaycanda 62 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 876 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 781 865 nəfər müalicə olunaraq
sağalıb, 9 691 nəfər vəfat edib, aktiv xəstə sayı 320 nəfərdir.

Son sutkda ölkədə 5 122, hazırkı dövrədək isə 6 697 184 test
aparılıb.

Teqlər: