Azərbaycanda 618 qadın narkoman qeydiyyatdadır – Səhiyyə Nazirliyi

Xəbər - Samir Əli – Trend:

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində hazırda qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir.

AzerTimes-ın məlumatına görə, bunu mərkəzin şöbə müdiri Pərvin Məmmədov deyib. O

nun sözlərinə görə, qeydiyyatda olanlardan 618-i qadın, 9-u 15-17 yaşlardadır: “Qeydiyyatda olanların 12 min 969 nəfəri , 18-34 yaşlı insanlardır. Qeyd edim ki, ötən il mərkəzdə qeydiyyatda olanların sayı 32 min 921 nəfər olub. Amma bu artımı Respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.

Teqlər: