Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
6 841 yeni yoluxma faktı qeydə alınıb, 6 772 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış nəfər 23 vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088
nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib, aktiv xəstə
sayı 50 031 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 17 387, ötən müddət ərzində isə ümumilikdə 6 390 225
test aparılıb.