Azərbaycanda 6 603 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
6 603 yeni yoluxma faktı qeydə alınıb, 6 347 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən xəbərə görə,
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər
vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 732 380 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 256
nəfər müalicə olunaraq sağalıb, 8 998 nəfər vəfat edib, aktiv xəstə
sayı 51 126 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 17 401, ötən müddət ərzində isə ümumilikdə 6 352 994
test aparılıb.

Teqlər: