Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bu günə qədər Azərbaycanda 520 nəfər qazi, şəhid ailəsi üzvünə psixoloji dəstək seansı göstərilib.

Bunu AzerTimes-a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Onun sözlərinə görə, psixoloji dəstək senası göstərilən şəxslər arasında uşaqlar da olub.

Ç.Hacıyev əlavə edib ki, müharibənin ilk günlərindən cəbhə bölgəsinə yaxın ərazilərdə psixoloji dəstəyə ehtiyacı olan qazilər üçün psixoloji yardım proqramına başlanıldı. Həmin bölgədə, xüsusilə, Naftalanda 100-dən çox qaziyə psixoloji yardım göstərildi: “Həmin dövrdə hələ müharibə davam edirdi. Amma postmüharibə dövründə də qazilər, onların yaxınları, şəhid ailəsinin üzvləri, müharibədən zərərçəkmiş insanlar üçün psixoloji sosial dəstək proqramı icra edilib və onların ehtiyacları aşkarlanıb”.


Direktor əlavə edib ki, müvafiq qurumların birgə əməkdaşlığı sayəsində həmin şəxslərin ehtiyacları birlikdə müəyyən edilib.

Agentlik rəsmisi qeyd edib ki, psixoloji dəstək seansları nəticəsində kəkələyən insanların dillərinin açılması, psixoloji depressiv vəziyyətdə olan insanların daha nikbin olmasına nail olunub.

Teqlər: