Azərbaycan Respublikasında 19 mart tarixində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 23,923 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 481,022 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.