Azərbaycanda 413 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 618 365 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 198 nəfər vəfat edib, aktiv xəstə sayı 7 648 nəfərdir.

Ölkədə son sutka ərzində 6 555, hazırkı dövrədək isə 5 889 656 test aparılıb.

Teqlər: