Azərbaycanda 36 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni
yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan
məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər
arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 289 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 375 nəfər müalicə olunaraq
sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 211 nəfərdir.

Ölkədə son sutka ərzində 4 775, hazırkı dövrədək isə 6 750 860
test aparılıb.

Teqlər: